Mediainfo.az xəbər verir ki, 2017-ci ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avci, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinsky, Gürcüstan Respublikasının mədəniyyət və abidələrin mühafizəsi naziri Mikheil Giorgadze, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah N.A.Al-Madheed, Makedoniya Respublikasının mədəniyyət naziri Elizabeta Kancheska Milevska, Misir Ərəb Respublikasının mədəniyyət naziri Helmy Eltantawy, Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri Meaza Gebremedkin, İraq Respublikasının mədəniyyət, turizm və əntiq əşyalar naziri Fryad F.Hassan, Cənubi Sudan Respublikasının mədəniyyət, gənclər və idman naziri Nadia Mayom, Sudan Respublikasının mədəniyyət və informasiya naziri Al-Tayyib Hassan Badawi, Mavritaniya İslam Respublikasının mədəniyyət və sənətkarlıq naziri Hindou Mint Ainina, Monteneqro Respublikasının mədəniyyət naziri Janko Ljumovic, Seyşel Adaları Respublikasının Gənclər, idman və mədəniyyət naziri Idith Alexander, Tacikistan Respublikasının mədəniyyət naziri Orumbekzoda Shaiddin Shodibek, Keniya Respublikasının gənclər, mədəniyyət və incəsənət naziri Hassan Arero iştirak edəcək.
Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.
Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.
Forumun rəsmi internet portalı: www.bakuprocess.az
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































