İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı və İdarə heyətinin üzvləri İzmir Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağla görüşüb.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət komitəsindən məlumat verilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə, o cümlədən dünya ictimaiyyətinə çatdırılması, soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Soyadının Qarabağla əlaqəli olduğunu vurğulayan Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağ rəhbərlik etdiyi bələdiyyə ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı təşəbbüslərin bəyənildiyini bildirib. O qeyd edib ki, bu təklif yaxın vaxtlarda Bayraqlı Bələdiyyə Məclisinə təqdim ediləcək və 2018-ci ildə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı tədbirlər planına salınacaq.
Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı Hasan Karabağın bu təşəbbüsü yüksək qiymətləndirərək təşəkkürünü bildirib. İ.Ambarcı bunun iki qardaş xalqın daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini qeyd edib.
Sonda Bayraklı Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















