Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin nəzərinə:
Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə aşağıda qeyd edilən ixtisaslar üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır:
Kino və televiziya rejissoru (2 yer)
Kinooperator (2 yer)
Animasiya və kompüter qrafikası rejissoru (1 yer)
Daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə AR Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılmışdır. Namizədlər üçün məsləhət saatları təyin olunacaq. Ətraflı məlumat almaq üçün aşağıdakı telefonlara müraciət etmək olar:
597 48 04, 051 427 41 03 – AR Kinematoqrafçılar İttifaqı www.arki.az , e-mail: [email protected]
530 13 41 – "Azərbaycanfilm" kinostudiyası www.azerbaijanfilm.az , e-mail: [email protected], [email protected]
Könül AYPARA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































