Mediainfo.az xəbər verir ki, Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası olub.
Türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda "Pəltək Cücə" tamaşası öz balaca tamaşaçıları tərəfindən maraqla qarşılandı.
Tamaşada hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var, "cik-cik" yrinə "tık-tık" deyir. Bacı-qardaşları ona gülürlər. Vəziyyəti görən Ana Toyuq Pəltək Cücəni həkim Tülkünün yanına aparır. Tülkü müalicə adıyla Cücəni xəstəxanada saxlayır.
Pəltək Cücənin Nazlı Cücə, Müğənni Cücə, İdmançı Cücə, Ağıllı Cücə, Dələduz Cücə, Balaca Cücə bacı-qardaşları var. Sonda bacı qardaşlar ata analarıyla birgə Pəltək Cücəni Tülkünün əlindən qurtarırlar. Və söz verirlər ki, birdə bacılarına gülməyəcəklər.
Tamaşada məqsəd uşaqlara qüsuru olanlara gülməməyi, onlara qayğı ilə yanaşmağa aşılamaqdır.
Tamaşanın rejissoru İlhamə Əhmədova, rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatı Mahir İbrahimli, xoreoqraf Könül Şahbazova, musiqilərin mətnləri Rəfael Muradxanlıdır.
Şəlalə Nəriman
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































