SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova və Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Kinomatorqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Dövlət Musiqili Teatrında olublar. Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Mediainfo.az-a bildirib ki, F. Qasımova və Ş. Məmmədova dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" iki hissəli musiqili komediyasını izləyiblər. Xalq artistləri tamaşa haqqında təəssüratlarını bölüşərkən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənt xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə böyük zövq aldıqlarını, tamaşadan razı qaldıqlarını söyləyiblər: "Tamaşada bizim tələbələrimiz çıxış edirdi. Onların uğurlu ifası qəlbimizi sevinc hissi ilə doldurdu, bizi qürurlandırdı. Ümumilikdə, tamaşa çox gözəl idi. Bütün kollektiv işinin öhdəsindən uğurla gəldi. Bir daha gözəl tamaşaya görə Azərbaycan Dövlət Musiqili Teatrının bütün kollektivinə təbriklərimizi yetiririk. Teatrınızdan yeni-yeni uğurlu tamaşalar gözləyirik".
Qeyd edək ki, "Arşın mal alan" tamaşasında iştirak edən Əməkdar artist Almaz Ələsgərli (Cahan xala), gənc aktyorlar Mehriban Zalıyeva (Asya), Atəş Qarayev (Əsgər), Aydan Həsənova (Gülçöhrə) SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova və Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Şəfiqə Məmmədovanın tələbələridirlər. Müəllimlərinin xoş sözləri və gül dəstələri tələbələrə əsl hədiyyə olub.
Hazırladı: Şəlalə Nəriman
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















