Mütəmadi balaca tamaşaçılarını fərqli səhnə nümunələri ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tamaşanın premyerasına hazırlaşır.
Mediainfo.az xəbər verir ki, balaca tamaşaçılar aprelin 23-də özünün tam yeni səhnə həllini tapmış "Turp" tamaşasını izləyə biləcəklər. Yaradıcı heyət məşhur rus xalq nağılı "Turp"a müraciət etməklə onu fərqli və daha dinamik səhnə yozumunda tamaşaçılarla görüşdürəcək. Məşqləri yekunlaşmaq üzrə olan tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulduğundan burada musiqi nömrələrinin də say sırası genişləndirilib. Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, biz bu tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obrazı – Müqəvva, Qarğa və Siçanın atasını görəcəyik. Güc birlikdədir ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Müxtəlif kukla texnikalarında hazırlanan birhissəli uşaq tamaşasında əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















