Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət alıb.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Mediainfo.az-a bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalından gedir. Hər il bir çox dünya ölkələrinin, xüsusilə də türk kökənli dövlətlərin qabaqcıl və məşhur incəsənət xadimlərinin qatıldığı festival 2017-ci il 14-16 iyul tarixlərində Bayburt şəhərində baş tutacaq. "Dədə Qorqudun adını daşıyan bu möhtəşəm Beynəlxalq festivalın əsası 1995-ci ildə qoyulub. O vaxtdan bəri bu mədəniyyət və sənət bayramı Bayburt Bələdiyyəsinin təşkilatçılığı ilə hər il keçirilir. Bu il 23-cü dəfə düzənlənəcək Dədə Qorqud Beynəlxalq festivalında bizim teatrın balet truppası artıq ikinci dəfə iştirak edəcək. Buna qədər teatrımız 2008-ci ildə bu festivalda ölkəmizi uğurla təmsil edib. Yenidən balet truppamızın bu festivala dəvət olunması bizdə sevinc hissi doğurur. Dədə Qorqudun bütün dünyada daha böyük miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan festival çox rəgarəng və zəngin proqrama malikdir. Festival iştirakçıların Dədə Qorqudun Bayburtdakı məzarını ziyarət etməsilə başlayır. Bunu festivalın açılışı mərasimi kimi də xarakterizə etmək olar. Festival çərçivəsində müxtəlif tədbirlər – sərgilər, ustad dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçirilir. İnanıram ki, 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















