Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibətilə "Əlimdən tut" adlı tədbir-tamaşa keçirildi.
Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbirdə bu mövzuda il ərzində aktivlik nümayiş etdirən bir neçə tanınmış şəxsə "Autizm uşaqların dostu" mükafatı da təqdim olundu. Onların arasında teatrın rəhbəri Rəşad Əhmədzadə, rejissor Səidə Haqverdiyeva, teleaparıcı Zümrüd Qasımova, İlqar Mikayıloğlu, Günay Malikqızı, teatrın mətbuat katibi Həmidə Rüstəmova, bəstəkar Vüqar Camalzadə, əməkdar artist Ülviyyə Əliyeva, Cəmilə Allahverdiyeva, rəssam İqbal Əliyev, aparıcı Elnarə, "Oyuq" teatrının balca aktrisası Selcan Xatun və digərləri var idi.
Tədbirdə autizm sindromu ilə bağlı Şərqdə ilk dəfə olaraq "Əlimdən tut" adlı sözsüz tamaşa təqdim olundu. Tamaşanı Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktrisası Cəmilə Allahverdiyeva ilə teatrın nəzdindəkı "Oyuq" teatr-studiyasının aktrisası Selcan Xatun canlandırdılar və alqışlara səbəb oldular.
Müəyyən inkişaf məşğələləri keçən autizm sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışdılar.
İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda uşaqlara həsr olunmuş mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) də təqdim olundu. Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev idi.
Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması və qazandırılması idi.
P.S. Tədbirin sonunda əməkdar artistlərdən Elza Seyidcahan, Səlim Abbasov, Roza Zərgərli mahnı töhfələri ilə səhnəyə çıxan uşaqları sevindirib, əyləndirdilər.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















