Aprelin 23-dən 27-dək Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.
Mediainfo.az xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçiriləcək festivalda dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayında 26 və 27 aprel tarixlərində Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ xalq artisti Yuri Temirkanovdu. 26 aprel konsertinin solisti Vadim Rudenko (fortepiano), 27 aprel festivalın təntənəli bağlanış konsertinin solisti Sergey Doqadin (violin) olacaq.
Konsert proqramlarında P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç və İ.Stravinskinin əsərləri səsləndiriləcək.
Saat 19:00-da baş tutacaq konsertlərin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















