"Aktyor Hikmət Rəhimovun Azərbaycan Teatr Xadimləri İttifaqına qarşı irəli sürdüyü ittiham tam əsassızdır"
Bunu Mediainfo.az-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının mətbuat katibi bldirib.
"Hikmət Rəhimovun "Truppa müdiri aktyor və aktrisaları yığıb teatr rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir" cümləsi böhtan xarakterlidir və bu cür fakt, ümumiyyətlə, mövcud deyil.
Məsələyə aydınlıq gətirmək üçün qeyd etmək istərdik ki, Azərbaycandakı bütün yaradıcı ittifaqlarda üzvlük haqqının ödənişi nəzərdə tutulub. Nizamnaməyə görə Teatr Xadimləri İttifaqına illik üzvlük haqqı bir aylıq maaşın beş faizi qədərdir. Məsələn, aktyorun maaşı 300 manatdırsa, bu məbləğin 5 faizi illik 15 manat təşkil edir. Bu məbləği 12 aya bölsək, ayda 1 manat 25 qəpiyə bərabər məbləğ alınır. İttifaqa könüllü üzv olan hər bir yaradıcı insan üzvlüyə qəbul olmaq üçün təqdim etdiyi ərizədə Nizamnamə ilə tanış olduğuna, onun bütün bəndlərini qəbul etdiyinə, o cümlədən üzvlük haqqını ödəməyə zəmanət verir. Ona görə də Hikmət Rəhimovun "40 manat illik pul köçürülmə" ittihamı tamamilə yanlışdır və biz aktyoru bu məsələdə həssas olmağa, ictimaiyyətdə yanlış fikir formalaşdırmamağa, İttifaqın Sədrinə - Azərbaycanın görkəmli sənətkarına qarşı işlətdiyi ifadələrdə korrekt olmağa çağırırıq.
İnanırıq ki, Hikmət Rəhimov gələcəkdə eşidib, dəqiqləşdirmədiyi və heç bir fakta əsaslanmayan bu kimi məsələlərdə diqqətli olacaq.
Azərbaycan Teatr Xadimləri İttifaqı ilə maraqlananlar teatrittifaqi.az saytında İttifaqın fəaliyyəti ilə tanış ola bilərlər."
Xatırladaq ki, TXİ-nın sədri xalq artisti Azərpaşa Nemətovdur. Aktyor Hikmət Rəhimov İttifaqa hər maaşdan məcburi 40 manat pul verdiyini iddia edib.
Şəlalə Nəriman
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































