Mediainfo.az xəbər verir ki, rəngarəng repertuarı, yeni səhnə nümunələri ilə yanaşı sosial çağırışları, xeyriyyə aksiyaları ilə tamaşaçıların diqqətini cəlb edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir vacib tədbir reallaşacaq.
Belə ki,aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibətilə "Əlimdən tut" adlı tədbir-tamaşa reallaşacaq.
Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbirdə bu mövzuda il ərzində aktivlik nümayiş etdirən bir neçə tanınmış şəxsə "Autizm uşaqların dostu" mükafatı da təqdim olunacaq.
Tədbirdə autizm sindromu ilə bağlı Şərqdə ilk dəfə olaraq "Əlimdən tut" adlı sözsüz tamaşa təqdim olunacaq. Tamaşada Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktrisası Cəmilə Allahverdiyeva, teatrın nəzdində "Oyuq" teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak edəcək. Müəyyən inkişaf məşğələləri keçən bu sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışacaqlar.
Ideyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda sırf bu uşaqlara həsr olunmuş mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) də təqdim olunacaq. Unikal səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması və qazandırılmasıdır. Çünki bu uşaqların ən böyük problemi sosial mühitə adaptasiyadır.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















