Martın 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək.
Festivalı Milli Turizm Təbliğat Bürosu təşkil edir. Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox incəsənət kollektivinin və tanınmış müğənnilərin iştirakı ilə Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim ediləcək.
Bundan əlavə, müxtəlif sahələri təmsil edən sənətkarlar öz əl işlərini nümayiş etdirəcək, milli mətbəxtin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.
Festival proqramı çərçivəsində atlı yürüş təşkil ediləcək. Bu yürüşdə cins Qarabağ atı da nümayiş olunacaq.
Xatırladaq ki, "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 fevral 2017-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxs təsis edilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















