Bəstəkar-müğənni Arif Səlimov Novruz bayramı ilə əlaqədar martın 14-də Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində bayram tədbiri keçirdi. Burada mart ayında dünyaya gələn 3 uşağın da ad gününü birgə qeyd edərək bayram tortunu kəsdilər. Arif Səlimov həyat yoldaşının bişirdiyi bayram aşını uşaqlarla birgə bölərək onlara gözəl bir bayram müjdəsi bəxş etdi. Bayram tədbirinə qatılan gənc müğənni Elnurə Mehdiyeva Arif Səlimovun "Son dəfə" mahnısını ifa etdi. "Azərbaycanın səsi" yarışmasının iştirakçısı Rəvan Cəfərli yeni mahnısını oxuyaraq uşaqlara-bu mahnımın xeyir-duasını məhz sizlərdən alacağam-söylədi. Bundan başqa gənc müğənnilərdən Gülnarə Xəlilova, Şamo Babayev, yeni səs Ülviyyə xanın və başqaları öz nəğmə paylarını uşaqlara ərməğan etdilər. Bundan başqa "Ri Butik" geyim dükanının kollektivi də hədiyyələri ilə uşaqları sevindirdilər. Qafqaz media.az saytı adından müğənnilərdən Rəvan Cəfərli və Gülnarə Xəlilova "Qız qalası" diplomu ilə mükafatlandırıldı.
Tədbirlə bağlı Arif Səlimov bunları söylədi:
"Sənə sevgim sonsuzdur, məni Yaradan. Şükür ki, arzularımdan birinə də çatdım. Novruz bayramı münasibətilə etdiyim bu tədbirdə mənə yaxından dəstək olduqlarına görə mərkəzin rəhbəri Rəhilə xanıma, gənc və fenomen saş ustası Bürhan bəyə, "Rİ Butik" geyim dükanına, xüsusən İlhamə xanıma, Samirə xanıma və bütün əziyyəti olan dostlara sonsuz təşəkkürümü bildirirəm"
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















