Əməkdar artist Hicran Nəsirova səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə aktrisanın özü məlumat verib. Ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırıldığını deyən aktrisa hələ də özünə gələ bilmədiyini dedi:
"Dünən səhər yuxudan duranda gördüm ki, hər şey gözümün qabağında uçur. Qışqırdım, səsimə qızım gəldi. Necə qorxdusa, tez qonşuda yaşayan həkimi çağırdı. Həkim mənə baxan kimi dedi ki, təcili yardım maşını çağırın, vəziyyəti pisdir. Qızım deyir gözlərin bərəlmişdi, özümdə deyildim. Ağır vəziyyətdə məni reanimasiyaya yerləşdirdilər. Təzyiqimi sala bilmirdilər. Heç vaxt məndə "şəkər" xəstəliyi olmamışdı, həmin gün yoxladılar ki, "şəkərim" də yüksəkdir. Hazırda iki saatdanbir mənə iynə vururlar, bilmirəm aqibətim necə olacaq. "Vicdan haqqı" serialının çəkilişləri zamanı çox yoruldum. Əsəblərim getdi. Hər şey üst-üstə yığıldı və məni xəstəxanalıq etdi".
H. Nəsirova xəstəxanadan evə nə vaxt buraxılacağını da bilmir:
"Reanimasiyadan palataya köçürüblər. Həkimlər dəqiq söz demir, hələ ki, məni ayağa qaldırmaqla məşğuldurlar. Yaxşı ki, serialın bir çox bölümü çəkilib, yoxsa işimiz yarımçıq qalardı". (Yeniçağ)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















