"Azərbaycan turizmin inkişafının yeni mərhələsindədir. Son illərdə cənab prezidentin imzaladığı silsilə sərəncamlar göstərir ki, dövlətin prioritet istiqaməti qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi məhz turizmdir".
Apa-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir turizm sektorunun təbliğ olunmasında medianın mühüm rol oynadığını qeyd edib və bu sahəyə həssas münasibətinə görə kütləvi informasiya nümayəndələrinə təşəkkürünün bildirib.
Ə. Qarayev bildirib ki, Birinci Ticarət Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək: "Ticarət festivalının keçirilməsi haqqında danışanda kimsə düşünməsin ki, dükana gedib, nəyisə güzəştlə alacağıq və bununla məsələ bitəcək. Festival böyük bir mədəni proqramın əhatə olunması ilə zəngin olmalıdır. Ticarət festivalı insanları həm maddi, həm də mənəvi cəhətdən zənginləşdirməlidir".
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































