Mediainfo.az xəbər verir ki, 9 mart 2017-ci ildə H.Sarabski adina Mədəniyyət Evinin "Bizim Evin Qonaqları" rubrikasının növbəti qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Ateşesi və Mərkəzin mudiri Dr. Əhməd Sami Elaydi ilə görüş keçirildi.
İlk öncə qonaqlara Misir sərgisi və Nəsimi rayon MKS -nin 3 sayli filialının təşkil etdiyi Azərbaycan sərgisinə baxiş keçirildi. Daha sonra qonaq üçün hazırlanmiş videoçarx təqdim edildi.
H.Sarabski adına Mədəniyyət evinin direktoru Tərlan Akçay qonağı səhnəyə dəvət edərək maraqlı suallar çərçivəsində tədbiri davam etdirdi. Rubrikanın ənənəsinə sadiq olaraq musiqili qonaq qismində tanınmış reqqas Ilham ve Roya cütlüyünün ifasinda Misir və Azərbaycan rəqsləri təqdim olundu.
Tədbirdə qonaq qismində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci Vitse prezidenti Rasim Məmmədov və Mərkəzin Xarici Əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərov, AMEA-nın Nizami adına Ədəbiyyat institutunun professoru İmamverdi Həmidov, Nəsimi rayon HİK-nin sədri Aygün Məmmədova , MKS-in 3 sayli filialının direktoru Dilşad Məmmədova, Binəqədi Mədəniyyət Mərkəzinin direktoru Şahin Səmədov iştirak edirdi. Sonda Tərlan Akçay Əhməd Sami bəyə "Bizim Evin Qonağı" olduğuna görə Təşəkkürnamə ilə təltif etdi. Eyni zamanda Əhməd Sami Elaydi Tərlan xanıma Mədəniiyət sahəsində böyük xidmətinə görə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni Əlaqələr və Xidmətlər Medalı ilə təltif etdi. Sonda qonaqlarla xatirə fotosu çəkildi.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















