Mediainfo.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə martın 10-da saat 12:00-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, nazir Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə xalq artisti, "Şöhrət" ordeni laureatı Rasim Balayev, Yazıçılar Birliyinin üzvü, şair Musa Yaqub, əməkdar artist, kinorejissor və aktyor Elxan Qasımov, əməkdar mədəniyyət işçisi, şair Çingiz Əlioğlu, kinorejissor Şeyx Əbdül, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının professoru Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, Şadlinski nəslinin nümayəndəsi Eşqin Şadlinski, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə və digər qonaqlar iştirak edəcəklər.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































