Hər zaman maraqlı layihələrə dəstək verən Azırbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihənin reallaşdırılmasına start verilib.
Mediainfo.az xəbər verirki, ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin rəhbərləri və nümayəndələri ilə Dövlət Gənc Tamaşaçılar Teatrında dəyirmi masa ətrafında səmimi və işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə bərabər, bir sıra turizm şirkətlərinin rəhbərləri – Əziz Şiriyev ("Baku Travel Tourism"), Tural Müzəffərov ("Baku Tours"), İlkin Əhmədov ("Via Caucasus"), Tural Zeynalov ("Alde – Tur"), Sənan Şıxəliyev ("Victory Tour"), Marina Əhmədova ("Averta Travel") və başqaları iştirak ediblər.
Qonaqları salamlayan teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov belə görüşlərin mədəni turizmin inkişafına müsbət təsir edəcəyini bildirib və ölkə rəhərliyinin turizmə göstərdiyi diqqəti vurğulayıb: "Son illər ölkə rəhbərimiz cənab İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı verdiyi bir sıra Sərəncamlar ölkəmizin turizm potensialını yüksək həddə çatdırıb. Düşünürəm ki, daxili və gəlmə turistlərin Respublikamızın, eləcə də Bakı şəhərinin zəngin tarixi, qədim mədəniyyət abidələri ilə yanaşı, 144 il tarixi olan Azərbaycan teatrı ilə də tanış etmək çox məqsədəuyğundur. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dünyanın müxtəlif ölkələrindən teatr truppaları səfər edir. Yaxşı olardı ki, turistlərə tur-paketlər təqdim edilərkən həmin paketlərə teatr tamaşalarını seyr etmək də daxil edilsin".
Görüşdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Sənayesi ilə iş Sektorunun müdiri Bəxtiyar Qılıncov və digər turizm şirkətlərinin rəhbərləri belə görüşlərin təşkil edilməsini çox önəmli olduğunu qeyd edərək teatrların turizm şirkətləri ilə əməkdaşlığını daha da genişləndirilməsi üçün bir sıra təkliflər səsləndiriblər.
Sonda tədbir iştirakçıları belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini bildiriblər.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































