Mediainfo.az Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı pilot layihəyə start verib. Layihə– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə uyğun olaraq həyata keçirilir.
Layihənin əsas məqsədi – Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir.
Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.
* Ünvan: Üzeyir Hacıbəyli 66, (Axundov kitabxanası ilə üzbəüz).
* Əlaqə nömrəsi: (012) 493 04 11/36,
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1rlSxtHBq5pkwpbtze7swlUaXe0C64Xe7Zye-QNV0RA/viewform?edit_requested=true
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















