Mediainfo.az xəbər verir ki, fevralın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş məruzə-sərgi keçirilib. Sərgi 5 nömrəli uşaq incəsənət məktəbində təşkil olunub.
İncəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək, bildirib ki, Azərbaycan təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış Bəhruz Kəngərli unudulmaz sənətkarlardandır. O, cəmi 30 il yaşamış, lakin uşaqlıq və təhsil illərində istisna olarsa, sənətə həsr etdiyi yeddi il ərzində 2000-dək əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoyub.
Azərbaycanda səlis dəzgah boyakarlığının , portret, mənzərə, natürmort, süjetli- tematik və teatr dekorasiya janrlarının, peşəkar, bədii peşəkar, rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.
1911-1913-cü illərdə kağız üzərində karandaşla çəkilmiş "Azərbaycan tipləri" adlı albomuna daxil olan müxtəlif ölçülü işlər, "İki qaçqın uşaq", "Dükanda" adlı rəsmlər , kağız üzərində kömürlə işlənmiş akademik rəsmlərdən "Apallonun büstü", "Antik heykəl", "Avtoportret", "Azərbaycanlı qadın", "Papaqlı kişinin portreti", sulu boya ilə işlənmiş "mənzərə" əsərləridir.
Daha sonra rəssamın muzeyi video-çarxda nümayiş olunub. Tədbirin sonunda məktəbin müəllim kollektivi rəssamın işlərindən ibarət şagirdlərin çəkdikləri rəsmlərə baxıblar.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















