Mediainfo.az xəbər verir ki, fevralın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş "Odlu-alovlu sənətkar" adlı tədbir keçirilib.
Tədbir Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.
Tədbirdə Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın əməkdar artisti Füzuli Hüseynov, Azərbaycanın teatr aktyoru Kamran Yunis, Azərbaycanın xalq şairi X.R.Ulutürkün bacısı Ulduz Əhmədova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndəsi Sücayət Piriyeva, aşıq Cavanşir Quliyev, 116, 261 saylı tam orta məktəbin şagirdləri, Xətai rayon MKS-nin fəal oxucuları və əməkdaşları iştirak ediblər.
İlk öncə tədbiri Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva açaraq xalq artistinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, M.Mirzə Azərbaycan teatr və kino aktyoru, ssenari müəllifi, Azərbaycanın romantik aktyor məktəbinin istedadlı nümayəndəsi olub.
Sonra xalq artisti Mikayıl Mirzənin ifasında səslənən şeirlər təqdim edilib, yaradıcılığını əks etdirən video-slayda baxış keçirilib.
Tədbir zamanı qonaqlar görkəmli sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən danışıblar.
Sonda məktəblilərin ifasında M. Mirzənin oynadığı "Günahsız Abdulla" tamaşasından səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















