"Birinci Turizm Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.
Nazir qeyd edib ki, həmin ərəfədə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçiriləcəyini nəzərə alsaq, bu festivala xarici turistlərin marağı daha yüksək olacaq: "Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur".
Nazir turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını deyib: "Turizm bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olacağıq. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















