Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Apa-nın yerli bürosunun xəbərinə görə, vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər.
Müraciətlər əsəsən Ağdaş rayonunda görkəmli kaman ustası Habil Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunması, xalq şairi Rəsul Rzanın Göyçayda fəaliyyət göstərən ev muzeyi ilə başqa ölkələrin muzeylərinin virtual əlaqələrinin yaradılması və ev muzeyinin turizm marşrutuna salınması, uşaq incəsənət məktəblərinin müəllimləri üçün Bakı Xoreoqrafiya Akademiyasında təlim kurslarının təşkil edilməsi, muzey eksponatlarının əyani təbliği, Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı ədəbiyyatın nəşri və s. məsələlərlə bağlı olub.
Nazir Əbülfəs Qarayev qəbul zamanı səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, onların həlli istiqamətində tədbirlər görüləcəyini bildirib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll olunub.
Daha sonra nazir Əbülfəs Qarayev Ağdaş rayonunda ölkənin 16 regional mədəniyyət və turizm idarəsinin rəhbərlərinin iştirakı ilə respublika müşavirəsi keçirib.
Nazir çıxışında qeyd edib ki, Azərbaycanda mədəniyyət və turizm strukturunda islahatlar həyata keçirilir.
Respublikanın bütün regional mədəniyyət və turizm idarələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə ötən iki ay ərzində əldə olunan nəticələr təhlil edilib və qarşıdan duran vəzifələr müzakirə olunub.
Müşavirədə nazir Əbülfəs Qarayev idarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib.

Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































