Mediainfo.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş edilib.
1992-ci il fevral ayının 25-dən – 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən S.Elsevərin "Arzu və Murad" tamaşasını Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əskərov, rayon ictimaiyyətinin nümayəndələri, Xocalıdan didərgin düşmüş soydaşlarımız və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi izləyib.
Tamaşadan öncə teatrın foyesində Nəsimi rayon məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi də nümayiş olunub.
Səhnə əsəri salona toplaşanların göz yaşları və sürəkli alqışları ilə qarşılanıb.
Sözügedən tamaşa fevralın 24-də Pirallahı rayon ictimaiyyətinə, fevralın 26-da isə ADGTT-nın binasında geniş tamaşaçı auditoriyası üçün də nümayiş olunacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















