Fevralın 23-də saat 15:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik
yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək.
Teatrın mətbuat xidmətindən Mediainfo.az -a verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları Hacı
İsmayılov, Əminə Yusifqızı, Məleykə Əsədova, İlham Namiq Kamal, Məhərrəm Bədirzadə onunla bağlı xatirələrini bölüşəcəklər.
Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutacaq anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı
əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Qeyd edək ki, Azərbaycan kinosunun və teatrının inkişafında böyük xidmətləri olan Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb.
O, 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi
Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya
tamaşasının rejissoru olub. Lütfü Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































