“Bu bizik” verilişində muğam sədası

“Bu bizik” verilişində muğam sədası

Hər həftənin birinci günü aparıcı Fərqanə Gülağaqızının təqdimatında "Dünya" TV-nin efirində yayımlanan, aktuallığı və baxımlılığı ilə seçilən "Bu bizik" verilişinin bu dəfəki qonağı xalq artisti, Prezident təqaüdçüsü, tanınmış xanəndə, gözəl muğam ifaçısı Aygün Bayramova və onu tar və kamança ilə müşayiət edən əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov idi. Çox verilişlərə dəvət alsa da, seçim edib hər yerə getmədiyini bildirən Aygün xanım, milli-mənəvi dəyərlərimizi işıqlandıran "Bu bizik" verilişinə məmnuniyyətlə gəldiyini, studiyada gözəl abı-havanın və burada hər şeyin demək olar ki, milli ruhda olduğunu söyləyərək "adam heç buradan getmək istəmir" dedi. Və bu verilişə dəvət aldığı üçün aparıcı Fərqanə Gülağaqızına öz təşəkkürünü bildirdi.

Aygün xanım muğamla bağlı keçdiyi sənət yolundan bəhs etdi. Uşaqlıq illərinin Qarabağda keçdiyini, orada "Qarabağ bülbülləri" də oxuduğu zaman ilk müəlliminin Murad Rzayev, Bakıda oxuduğu vaxtı isə Şövkət Ələkbərova və Arif Babayevdən muğam dərsi aldığını deyərək bildirdi ki, mən çox xoşbəxtəm ki, belə böyük sənətkarlardan muğam dərsi almışam.

Aparıcı Fərqanə Gülağaqızının – Təsadüfən sənətə gələnlər də var, siz daha çox kimlərə qulaq asırsınız? - sualına xalq artisti Aygün xanım Bayramova belə cavab verdi: " Sənətdə olan adam öz sənətinin vurğunu olmalıdır. Sənətə təsadüfən gələnlərə qulaq asmıram, nə də ki, özümü məcbur etmirəm ki, qulaq da asım. Təbii ki, vaxt, imkan məhdudiyyətliyi var. Ancaq gözəl ifalara qulaq asıram. Tək muğam deyil, caza da, estradaya da qulaq asıram. Ümumiyyətlə, sevdiyim bütün musiqilərə qulaq asmağı bacarıram, yetər ki, gözəl musiqi olsun".

Sonda ənənəvi olaraq xatirə şəkilləri çəkildi.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az