Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Forumunun qlobal iclasında iştirak edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclas fevralın 16-dan 18-dək İstanbulda keçiriləcək.
Forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə "İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli"nin qeyd edilməsi, eyni zamanda bu ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.
Səfər çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada nazir Əbülfəs Qarayevin çıxışı da nəzərdə tutulub.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































