Medaianfo.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb. Kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradır. Kinotetrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" adlı filmi olub.
Nəzərə çatdırırıq ki, kinoteatrda martın sonunadək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Bizim kino günləri" layihəsi çərçivəsində "Yarımçıq xatirələr" (3-8 fevral), "Qatil" (9-15 fevral), "İçəri şəhər" (16-22 fevral), "Axınla aşağı" (23 fevral-1 mart), "Xeyirlə şərin rəqsi" (2-8 mart), "Dərs" (9-15 mart), "Qırmızı bağ" (16-22 mart), "Yaddaş" (23-29 mart) filmləri nümayiş olunacaq. Biletlərin qiyməti 2 AZN təşkil edir, 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.
Həmçinin, kinotetrda komediya, dram, fantastik janrlarda olan filmlər, azyaşlı tamaşaçılar üçün isə cizgi filmləri nümayiş olunacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















