Həmidə Ömərova, Nurəddin Mehdixanlı s. aktyorlar "Hasarın o üzü" tamaşasında - FOTO

Həmidə Ömərova, Nurəddin Mehdixanlı s. aktyorlar "Hasarın o üzü" tamaşasında - FOTO

Mediainfo.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan və daimi tamaşaçılarımızın nümayişini səbrsizliklə gözlədikləri "Hasarın o üzü" tamaşası 25-ci dəfə göstəriləcək.

Tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.

Bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüş tamaşada dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Peşəkar kino-aktrisa, Azərbaycan Respublikasının Xalq Artisti Həmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, Xalq Artisti Nurəddin Mehdixanlının, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisaları Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədovanın iştirak etdiyi tamaşa fevral ayının 19-da saat 19.00-da nümayiş etdiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az