"Dünya" TV kanalında hər həftənin birinci günü tamaşaçıların görüşünə gələn "Bu bizik" verilişi özündə ehtiva etdiyi milli-mənəvi dəyərlərimizlə yanaşı, verilişə dəvət etdiyi tanınmış qonaqları ilə də çoxlu sayda tamaşaçı sevgisini, baxımlılığını və yüksək reytinq nailiyyətləri əldə etmişdir. Baxımlı kanalın baxımlı verilişinin budəfəki qonaqları filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhməd, gözəl mahnılar ifaçısı gənc müğənni Almaxanım Əhmədli və müğənni Şamil Mustafayev idi.
Verilişin təbliğ etdiyi milli dəyərləri öz səhnə mədəniyyəti və əxlaqi keyfiyyətləri ilə tamamlayan aparıcı Fərqanə Gülağaqızı qonaqlarını salamlayıb tamaşaçılara təqdim etdikdən sonra elə ilk sözü Vüqar Əhmədə verdi.
Professor bu verilişə uzun ömür arzulayaraq bildirdi ki, milli-mənəvi dəyərlərin təbliği baxımından çox gözəl verilişdir, biz ailəlikcə bu verilişi izləyirik. Geniş auditoriyaya malikdir, artıq çoxsaylı tamaşaçıları var, daha da çox olsun. Aparıcı Fərqanə Gülağaqızına xitabən söylədi ki, bu verilişi ərsəyə gətirməyiniz milli-mənəvi dəyərlərimizə, xalqımıza, mədəniyyətimizə , vətənimizə olan sədaqətinizdən xəbər verir. Professor eyni zamanda 20 illik televiziya təcrübəsinə əsaslanaraq bildirdi ki, televiziya böyük qüvvədir, rolu böyükdür. Xalqın zövqünü formalaşdıran da, qaldıran da, korlayan da televiziyalardır. Nə qədər deton oxuyanlar, səsi olmayan müğənnilər efirlərə buraxılırlarsa, bir o qədər də gənclərin musiqi zövqləri korlanır. Dövlətin də siyasətini həyata keçirən, dünyaya təqdim edən, milli-mənəvi dəyərləri də təbliğ edən televiziyadır. Kütləvi İnformasiya Vasitələrinin ən aparıcısı, birincisi olanı da televiziyadır.
Müğənni Şamil Mustafayev Vüqar Əhmədlə bir verilişdə olmağından çox sevindiyini vurğulayaraq bildirdi ki, Vüqar Əhməd mənim ən əziz adamımdır, gənclik illərimin dostudur, gəncliyimin çox hissəsi onunla bağlıdır. Müğənni sənət aləminə aydınlıq gətirərək söylədi ki, sənətdə Vüqar Əhməd mənə çox dəstək olub. Bir qardaş, bir dost kimi mən də onu çox istəyirəm. Onun sözlərinə bəstələnmiş çoxlu sayda mahnılar oxumuşam.
Gənc müğənni Almaxanım Əhmədli xanəndə Təyyar Bayramovun tələbəsi olduğunu bildirərək söylədi ki, bir müəllim kimi üzərimdə çox əziyyətləri var, çox ciddi müəllimdir. Aparıcının mahnı repertuarı ilə bağlı suallarını cavablandıran Almaxanım bildirdi ki, mahnıları yazdıranda atası ilə məsləhətləşir.
Aparıcı Fərqanə Gülağaqızının - bir sənətkarı, sənətçini bu sənətdə əyən, sındıran nə ola bilər? sualını Vüqar Əhməd cavablandıraraq dedi: "Əsl sənətkar ola bilər ki, bir məclisdə oxusun, ona qiymət verməsinlər, onda o, sınar. Sənətkar sənətinin qiymətini almayanda sınır. Zər qədrini zərgər bilər. Sənətkar elə yerə getməlidir ki, sınmasın".
Sonda qonaqlar səmimi söhbətə, veriliş boyu milli dəyərlər baxımından hər mövzuya toxunulduğuna görə aparıcı Fərqanə Gülağaqızına minnətdarlıq edərək xatirə şəkilləri çəkdirdilər.
İsa Rəvan
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































