Mediainfo.az xəbər verir ki, fevral ayının 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pirallahı və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anılacaqlar. Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin "Ürəyində arzu tut" əsəri əsasında hazırlanmış "Arzu və Murad" tamaşası göstəriləcək.
Fevral ayının 26-da saat 19.00-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Tamaşadan əvvəl teatrın kollektivi "Ana fəryadı" abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.
"Arzu və Murad" tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















