Mediainfo.az xəbər verir ki, Nizami Kino Mərkəzində "Con Vik 2", "Əlli çalar daha tünd" bədii filmlərin və "Leqo filmi: Betmen " 3d animasiya filminin nümayişinə başlanıb.
Amerika və Danimarka istehsalı olan "Leqo film: Betmen" animasiya filmini Set Qrem –Smitin ssenarisi əsasında rejissor Kris MakKey fentezi, döyüş, məcara və komediya janrında ekranlaşdırıb. Sloqanı: "Əgər Betmen deyilsənsə, həmişə özün ol". Yaş həddi: 6+
Qotemdə yenə təhlükə var. Onun müdafiəsinə şəhərin layiq olduğu yeganə qəhrəman qalxır. Bu özünün böyük malikanəsində, qulluqçusu ilə yaşayan, milyarder Bryus Veyn - Betmendir. Amma bu dəfə o, özü ilə, heç özü də bilmədən ictimai tədbirlərin birində övladlığa götürdüyü Dik Qreysonu da aparır. Yeni Robin, psixiatriya xəstəxanasından qaçan, Betmenin əzəli düşməni olan Coker və Harli Kuinə qarşı aparılan mübarizədə kömək olacaq.
Rolları aktyorlar Cenni Sleyt, Reyf Fayns, Zak Qalifianakis, Rozario Douson, Vill Arnett, Maykl Sera və Billi Di Vil ifa ediblər.
Amerika istehsalı olan "Əlli çalar daha tünd" filmi dram, melodram janrında çəkilib. Rejissoru Ceyms Fouli, ssenari müəllifi Nial Leonarddir. Sloqanı: "Dəbdəbə və cazibə dünyası sizi gözləyir" Yaş həddi:18+
Kristian Qrey öz daxili iblisləri ilə mübarizə apardığı zaman, Anasteyşa Stil Kristianla ondan əvvəl olan qadınların qəzəb və paxıllıqlarına qarşı durmalıdır.
Filmdə baş rollarda Ceyms Dornan, Dakota Conson, Tayler Xeklin, Bella Xitkot, Kim Beysincer, Lyuk Qrayms, Cennifer El, Maks Martini və başqaları çəkilib.
ABŞ istehsalı olan "Con Vik 2" filmini rejissor Çad Staxelski Derek Kolstadın ssenarisi əsasında döyüş, triler və kriminal janrında çəkib. Yaş həddi: 18+
Conun köhnə həmkarı sirli qatil ittifaqına nəzarəti öz əlinə keçirmək qərarına gəldikdə ona sadəcə geri dönmək qalır. Qanlı andı yerinə yetirmək üçün Con, dünyanın ən təhlükəli qatillərindən biri ilə döyüşmək üçün Romaya yollanır.
Baş rollara Kianu Rivz, Rubi Rouz, Bridcet Moynexen, İen McŞeyn, Peter Stormare, Lorens Fişbern, Con Lequizamo və Piter Serafinoviç çəkilib.
Mediianfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































