Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı İsraildə rəsmi səfərdədir.
"Kanal A Haber" xəbər verir ki, nazir fevralın 7-8-də ölkə paytaxtı Təl-Əvivdə bir sıra rəsmi görüşlər keçirəcək.
Məlumata görə, o, İsrail dövlətinin turizm naziri Yarvi Levinlə görüşüb.
Nabi Avcı Təl-Əvivdə keçirilən Aralıq dənizi turizm sərgisinə qatılıb. O, Təl-Əviv Mədəniyyət Mərkəzi və "Anadolu" agentliyi tərəfindən təşkil olunan "Türkiyə-İsrail əlaqələri: fotoqraf sərgisi"nin açılışında da iştirak edəcək.
Xatırladaq ki, Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi ötən ilin iyun ayında imzalayıb. Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisəylə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb. Ötən il hər iki ölkə səfir səviyyəsində diplomatik münasibətləri bərpa edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















