Dünya operasının ulduzu Anna Netrebko (soprano) və tanınmış musiqiçi Yusif Eyvazov (tenor) aprelin 30-da Kanadanın Kalqari şəhərində Cek Sinqer zalında konsert proqramı ilə çıxış edəcəklər.
Bu barədə məlumat ifaçıların və "Calgary Opera" şirkətinin saytlarında yer alıb. Konsertdə C.Verdi, C.Puççunu və başqa bəstəkarların əsərləri ifa olunacaq. İfaçılar Kalqari Filarmonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Orkestrə Yader Biqnamini dirijorluq edəcək.
Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















