Dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi olan Viktoriya və Albert Muzeyində Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimat mərasimi keçirilib.
Təqdimatda Böyük Britaniya və Azərbaycan ictimaiyyətlərinə Fondun fəaliyyət istiqamətləri elan olunub.
Tədbirdə Birləşmiş Krallığın elmi akademik dairələrinin nüfuzlu üzvləri, Böyük Britaniya hökuməti və parlamentini təmsil edən şəxslər, Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Lord Malkolm Brus və Lord Maykl German iştirak ediblər.
Gecədə Azərbaycandan da fəxri qonaqlar - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, professor Akif Əlizadə, AMEA-nın akademiki Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar Rzayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə yer alıblar.
Tədbirin açılışında Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin Fondun təqdimat mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd edib.
Sonda qonaqlara skripkaçı Elvin Qəniyevin və xalq artisti Alim Qasımovun iştirakı ilə konsert proqramı təqdim olunub. (trend)
Mediainfo.az
















Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































