Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ötən ildə olduğu kimi, bu il də xarici ölkə teatr mütəxəssisləri ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir. Teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin "Çippolino" əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün teatr rəhbərliyi Rostov "Maksimum" teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət emişdir.
Rusiyalı rejissorla görüşən ADGTT-nın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir. Hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan- Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə etmişdir.
Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının nümayişi nəzərdə tutulur. Teatrın saytı və əlaqə nömrələrini diqqətinizə təqdim edirik: www.tyuz.az, telefonlar: (012) 498-14-09; (012) 493-65-78
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















