Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məktəblilərin qış tətili günlərində teatrın repertuarında olan klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşaların paradı təşkil edilib.
Yanvar ayının 25-dən start götürən tamaşalar paradı yanvarın 30-dək davam edəcək. Məktəblilər və şəhərimizin qonaqları yanvarın 26-da saat 12.00, 14.00 və 16.00-da M.F.Axundzadənin "Sərgüzəşti vəziri Xani Lənkəran", yanvarın 27-də saat 12.00, 14.00 və 16.00-da dahi dramaturqun daha bir əsəri – "Hekayəti - Xırs quldurbasan", ayın 28-də saat 12.00, 14.00, 16.00-da Y.Şvartsın "Qırmızı papaq", 29 yanvar tarixində H.X.Andersenin "Çirkin ördək balası" (saat 12.00, 14.00, 16.00), yanvarın 30-da isə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" (saat 12.00, 14.00, 16.00) tamaşalarını izləmək şansı əldə edəcəklər.
"Belə layihələrin həyata keçirilməsində əsas məqsəd məktəblilərin, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri, habelə onları klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanan ən yaxşı nümunələrlə tanış etməklə, dünyagörüşlərinin və estetik zövqlərinin formalaşmasına kömək etməkdir"- deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















