Əhatə dairəsinin genişliyi, hər bir yerdə doğmalılığı doğma olan, baxımlığı ilə Azərbaycan teleməkanında yüksək reytinq toplayan "Dünya" Müstəqil Teleradio Şirkəti iri addımlarla teleməkanda öz sözünü deyərək hər zaman yaradıcılıq axtarışındadır. Ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə yaradılan əlverişli şəraitdən yararlanan "Dünya" Müstəqil Teleradio Şirkəti artıq 17 ilə yaxındır ki, fəaliyyət göstərir. İstər sosial-iqtisadi, istərsə də elmi-mənəvi sahələrdə aparılan böyük işlərin geniş tamaşaçı auditoriyasına ətraflı və dəqiq şəkildə çatdırılması üçün "Dünya" TV də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. İctimai, sosial, əyləncəli və digər aktual layihələri, gün ərzində 5 dəfə yayımlanan Xəbər buraxılışları olan "Dünya" TV 1999-cu ildə analoq yayıma, 2010-cu ildən internet vasitəsilə yayımlanmağa, Azərbaycan Prezidentinin 2013-cü ildə ölkədə fəaliyyət göstərən tv kanallarının analoq yayımından rəqəmsal yayıma keçməsi haqqında verdiyi qərara əsaslanaraq 2013-cü il aprel ayının 10-dan "Dünya" TV region televiziyalar arasında ilk olaraq rəqəmsal yayıma başladı.
Ölkə prezidentinin rəhbərliyi və birbaşa şəxsi nəzarəti ilə ilk dəfə olaraq Azərbaycan bayrağı altında azerspace-1 peykinin fəzaya buraxılması və Azərkosmos şirkətinin yaranması bir çox informasiya-kommunikasiya sahələrində olduğu kimi, "Dünya" TV- ə də öz əhatə dairəsini genişləndirmək istiqamətində çox önəmli bir addım atmağa və tamaşaçı auditoriyasını 100 dəfələrlə artırmağa imkan yaratdı. 01 oktyabr 2014-cü il tarixindən "Dünya" TV Azerspace-1 peykində yayıma başlayıb.
Bu telekanalda çalışan peşəkar komanda heyəti bir-birindən maraqlı və rəngarəng verilişləri ilə tamaşaçıların rəğbətini qazanaraq çoxlu sayda izləyici toplaya bilmişdilər. Həmçinin idman sahəsində Azərbaycan bayrağını dünyada dalğalandıran, dövlətimiz tərəfindən layiqli qiymətini alan, dünya, Avropa, olimpiya çempionlarımızın kanala mütəmadi dəvəti idman ictimaiyyətinin də diqqətini kanala cəlb etmişdir. Təbii ki, qazanılan bütün bu uğurlarda istər tamaşaçı sevgisinin çoxluğu, istərsə də baxımlılığı ilə getdikcə əhatə dairəsini genişləndirməsi kanalın rəhbəri, əməkdar jurnalist Ramiz Hüseynovun və eləcə də efir direktoru Elnarə Eminovanın yüksək idarəçilik qabiliyyətindən, tamaşaçı tələbini düzgün tutmaq bacarığından, eyni zamanda teleməkan tələblərinə normativlər çərçivəsində əməl etməsindən xəbər verir. Kanala Azərbaycanla yanaşı Rusiyanın bir çox vilayətlərində, Orta Asiyada, digər xarici dövlətlərdə böyük maraqla baxılır. Bunu verilişlərə gələn SMS-lərdən aydın görmək olur. Deməli, "Dünya" TV öz maraqlı verilişləri ilə həqiqətən sərhədlər aşır, uzaq məsafələri yaxı edərək qısaldır.
Rais Rəsulzadə-əməkdar rəssam, prezident təqaüdçüsü, pedaqoq:
" Dünya" TV özümün və ailəmin baxdığı kanaldır. Dəfələrlə bu kanalın "Bu sabah" verilişində olmuşam. Özümə, sənətimə yaradıcı qrup və rəhbərlik tərəfindən təmənnasız dəstək görmüşəm. Efirdən sonra MDB məkanından və xaricdən aldığım zənglər məni bir daha əmin etdi ki, kanal sevilir, baxılır. Ona görə də "Dünya" TV-nin hər bir dəvətini həvəslə qəbul edirəm. Ziyalı rəhbərlik yalnız ziyalı addımlar atır ".
Mehriban Əlburzi- filologiya üzrə fəlsəfə doktoru, dosent:
"Dünya" TV-yə böyük sevgilərlə baxıram. Kanalın "Bu sabah", "Bu bizik", Həftə", "Axşama doğru", "Nəğməli dünya" verilişlərini müntəzəm izləyirəm. Kanal tərəfindən yaşlı nəslə, unudulan sənətkarlara olan dəstəyi yüksək qiymətləndirirəm. Milli musiqimizin, tarımızın, kamanımızın, ən əsası canlı ifanın təbliğinə xüsusi yer ayrılır. Gənclərə olan qayğı-gənclər siyasətinə kanalın fərəhli cavabıdır. Dünyasını dəyişən sənətkarlara keçirilən gecələr sübut edir ki, kanal həmin mərhum ifaçıları bir daha gənc nəslə təqdim edərək öz maarifləndirici missiyasını layiqincə yerinə yetirir".
Əsgər Ələkbərov-professor:
"Bir dünya azərbaycanlısı olaraq televiziyalarımız qürbətdə izləyirik. "Dünya" TV kanallar arasında ailəvi baxdığım bir kanaldır. Maraqlı və məzmunlu verilişləri var. "Bu bizik" verilişi sırf milli dəyərlərimizin təbliğinə xidmət etdiyindən ruhuma çox yaxındır. Hətta əcnəbilər də bu kanala baxır, milli musiqimizdən zövq alırlar".
Aşıq Solmaz Kosayeva - əməkdar mədəniyyət işçisi:
"45 ildir ki, sənətdəyəm. Bu 45 ildə yalnız "Dünya" TV mənə yaradıcılıq gecəsi keçirtdi. Bunu heç zaman unutmaram. Kanalın biz nəsil sənətkarlara olan diqqətini digər telekanallardan da gözləyirik. "Dünya" TV-ni sevərək baxırıq və hər kəs də sevə-sevə baxır".
P. S: Ziyalılarımızın fikirləri, rəyləri "Dünya" TV-nin necə sevilməsi, baxılması, dövlət, dövlətçiliyimizə, milli musiqimizə, mədəni irsimizə, mədəni tərəqqimizə vicdanlı xidmətinin ziyalı prizmasından olan baxış bucağının obyektiv şərhi idi. Bunun ünvanı isə "Dünya" TV-dir. Efiriniz hər zaman zövqün ünvanı kimi zövqlü əsərlərin, tərəqqi və inkişafın təbliğat güzgüsü olaraq zirvədə dayansın. Necə ki, zirvədəsiniz.
İsa Rəvan ("Oxu Məni qəzeti)
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































