İspaniyanın Madrid şəhərində 6-cı beynəlxalq rəsm müsabiqəsi keçirilib. Azərbaycanlı rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.
Rəssam apa-ya bildirib ki, yarışmada "Kalva ətrafında döyüş" əsəri ikinci yerə layiq görülüb: "Əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım. Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür".
Müsabiqədə birinci yeri Monteneqrodan Darko Drkjevic, üçüncü yeri isə Taylanddan Tawan Chuntraskawvon qazanıblar.
Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. 77 əsərdən ibarət sərginin final mərhələsi yanvarın 17-dən fevralın 26-na kimi nümayiş etdiriləcək.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















