Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq.
Bu barədə Apa-ya xalq şairinin oğlu Bəhlul Yaqubov məlumat verib. Onun sözlərinə görə, yanvarın 9-da saat 11:00-da I Fəxri Xiyabanda Z. Yaqubun məzarı başında şairin xatirəsi anılacaq, mədəniyyət və ədəbiyyat xadimləri, ziyalılar şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışacaq, onun Azərbaycan şeirindəki yerindən bəhs edəcəklər.
Xatirə tədbiri akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutacaq. Abidənin açılışından sonra Təzəpir məscidində mərhum xalq şairi ruhuna ehsan süfrəsi açılacaq.
Qeyd edək ki, dekabrın 30-da I Fəxri xiyabanda Z. Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.
Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















