Nizami Kino Mərkəzi bayram günlərində "Qar Kraliçası: 3 alov və buz" 3d animasiya və "Vikinq" bədii filmlərinin nümayişinə başlayıb.
Rusiya istehsalı olan "Vikinq" filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib. Yaş həddi:18+
Orta əsrlər dövrünün əvvəli ağır qılınc və qan qanunları zamanıdı. Hökmranlıq edən sulalə daxilində parçalanma var. Təsadüfdən ölən qardaşın günahı Böyük Knyazın boynuna qalır. Qanunlara əsasən ondan intiqamı kiçik qardaş -bastard almalıdı...
Filmdə baş rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.
Rusiya istehsalı olan "Qar Kraliçası: 3 alov və buz" 3 d formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir. Film məcara və ailəvi komediya janrında çəkilib. Yaş həddi: 6+
Bütün xoşagəlməz hadisələrə bulaşmaq artıq bu ailənin ana xəttidir. Qar və və trollar kampaniyasında böyüyənlərdən nə gözləyəsən. Amma, böyüdükdən sonra Kay və Gerda daha yüksək həddə qalxırlar – artıq onlar dünya çaplı fəlakətin səbəbkarı olacaqlar...
Baş rollara Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları çəkilib.
Hazırladı: Könül AYPARA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















