Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov "Dağıstanın əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.
"Azərxalça" ASC-dən Apa -ya verilən məlumata görə, tarix üzrə fəlsəfə doktoru, professor V. Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifi, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.
Tədqiqatçı-alimin rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş "Dərbənd xalçaçılığı" elmi-tədqiqat layihəsi həyata keçirilib. UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq "Derbentskoe kovrotkaçestvo" ("Dərbənd xalçaçılığı") monoqrafiyası nəşr edilib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















