Bakı şəhərinin sakinləri, Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Soçidən Suriyaya uçarkən qəzaya uğramasıyla əlaqədar başsağlığı əlaməti olaraq Rusiya səfirliyinə gül dəstələri gətirirlər.
"Report" xəbər verir ki, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin icma üzvləri ilə birlikdə səfirliyin önünə gül dəstəsi qoyub. Eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də səfirliyin qarşısına gül dəstəsi qoyub.
Əvvəlcədən məlumat verildiyi kimi, Rusiyada matəm elan olunması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 93 nəfər - 8 ekipaj üzvü və 85 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Qəza ilə bağlı cinayət işi başlanılıb.




Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















