Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi keçirilir.
Vida mərasimində şair-yazıçılar, mərhumun qohumları, ailə üzvləri iştirak edir.
Vida mərasimində çıxış edən dramaturq Firuz Mustafa bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: "Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının ağırlığı İlyas Tapdığın çiyinlərinə düşdü. İlyas Tapdıq Azərbaycan poeziyasının görkəmli nümayəndəsi idi".
Yazıçı Əfqan İlyas Tapdığın ölümünə inana bilmədiyini söyləyib: "İlyas böyük ürək sahibi, qohumcanlı, vətəncanlı, dostcanlı bir insan idi. İlyas çoxdan əbədilik qazanıb".
Şair Dəmir Gədəbəyli deyib ki, İ. Tapdıq dünya uşaq ensiklopediyasına düşən yeganə azərbaycanlı şair olub.
Mərhumun digər qələm yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər.
Vida mərasimindən sonra İ. Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, İ. Tapdıq dekabrın 25-də axşam saatlarında evində vəfat edib.



Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















