Dekabrın 26-da Nizami Kino Mərkəzi British Council Azərbaycan və Cool Connections şirkəti ilə birgə şəhər sakinlərinə dahi Vilyam Şekspirin "On ikinci gecə" pyes- komediyası əsasında qurulmuş tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.
Tamaşanın rejissoru Tim Karroldur. Yaş həddi :16+
Unudulmaz personajların yer aldığı "On ikinci gecə" komediyası həsrət və itirilmiş sevgiyə həsr olunmuş təsiredici tamaşadır. Şekspirin bir zamanlar bəstələdiyi musiqi əsərlərinin bir qismi sözügedən tamaşada səslənir. 1601-ci ildə "Globe" teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları tədqiq edən, yalnız kişilərin rol aldığı tamaşadır.
Rolları aktyorlar Stiven Fray, Mark Raylens , Semyuel Barnett , Layam Brennan , Pol Çahidi, Con Pol Konnolli , İen Drisdeyl və Conni Flinn ifa ediblər.
Xatırladaq ki, British Council Azərbaycan, CoolConnections şirkəti və Nizami Kino Mərkəzi layihə çərivəsində şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edir.
Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.
Hazırladı: Könül AYPARA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































