Dünyanın beynəlxalq rabitə dilinə çevrilmiş İngilis dilinə 3 yeni söz əlavə olunub. Bu sözlər artıq rəsmən Oksford İngilis dili lüğətinə əlavə edilib.
Ria.ru.-nun Assoşieyted Press agentliyinə istinadən yaydığı məlumata görə, yeni sözlərdən biri Brexit-dir. Bu söz birləşməsi Britain (Britaniya) və Exit (çıxış) sözlərindən əmələ gəlib və Böyük Britaniyanin Avropa İttifaqından çıxışı mənasını verir. Brexit kəlməsi 23 iyunda Britaniyada keçirilən referendum zamanı yaranıb və tezliklə bütün dünyada yayılıb. Xatırladaq ki, məhz həmin tarixdə britaniyalıların 51,9%-i Birləşmiş Krallığın Avropa İttifaqından çıxmağına səs vermişdi. Oksford izahlı lüğətinə əsasən, Brexit sözü Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi üçün təklif mənasını verir.
Yeni sözlərdən digəri Grexit-dir ki, bu da Yunanıstanın Avrozonanı tərk etməsi mənasını verir. İngilis dilinə əlavə olunmuş yeni sözlərdən sonuncusu Glamma ("Qlemma" oxunur və "qlamur nənə" mənasını verir) kəlməsidir. Bu söz yaraşıqlı, dəbdəbəli nənə mənasını verir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















