İspaniyanın Soria şəhərində 18-ci beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib.
Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin "İşıq gələn tərəf" filmi "Sosial mövzuda ən yaxşı qısametrajlı film" nominasiyasında birinci yerə layiq görülüb.
Neftlə zəngin Bakıda bir ailənin həyatından bəhs edən film 2015-ci ildə çəkilib və Avropada bir sıra festivallarda nümayiş olunub. "İşıq gələn tərəf" filmi Parisdə keçirilən festivalda isə xüsusi mükafata layiq görülüb.
İspaniyada keçirilən festivalda 20 ölkədən 60 qısametrajlı film təqdim olunub. Festivalın əsas nominasiyasında ispaniyalı Xuanxo Ximenesin filmi qalib gəlib. (azərtac)
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































