Tbilisidə 17-ci Beynəlxalq Film Festivalı keçiriləcək.
Apa-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Tiflis meriyası və Milli Kinematoqrafiya Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Tbilisidə keçirilən mətbuat konfransında bildirilib ki, 17-ci Beynəlxalq Film Festivalı siyasətə həsr olunub. Dünyanın bir çox ölkələrinin kinematoqrafçıları tərəfindən təqdim olunan filmlərdən 10 bədii və sənədli film seçilib. Filmlər qlobal və lokal gərginlik, siyasi həyat, çətinliklər və digər vacib məsələlərdən bəhs edir.
Festival noyabrın 28-də almaniyalı rejissor Marqaret Fon Trottanın "Roza Lüksemburq" filmi ilə açılacaq. Festivalda azərbaycanlı rejissor Kamran Şahmərdanın ekranlaşdırdığı "Qatil" adlı bədii filmi nümayiş olunacaq. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili oynayır.
Festival noyabrın 3-də iranlı rejissor Abbas Kiarostaminin "Məni evə götür" filminin nümayişi ilə başa çatacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















