Nizami Kino Mərkəzində "Türk Filmləri Həftəsi-Bakı "nın açılış mərasimi olacaq.
Bu gün Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Baş Kino şöbəsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, TİKA agentliyinin, Yunus Əmrə cəmiyyətinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "Türk Filimləri Həftəsi –Bakı"nın açılış mərasimi keçiriləcək.
Açılış mərasimində Türkiyə səfirliyinin və türk kinematoqrafiyasının nümayəndələri iştirak edəcək.
Tədbirin rəsmi hisssindən sonra "Kalandar Soğuğu" bədii filmi nümayiş olunacaq.
Xatırladaq ki, Film Həftəsi ərzində noyabrın 23-də saat 15:10 "Kalandar Soğuğu", 20:10 "Deliormanlı", noyabrın 24-də saat 15:00-da "Son Mektup",19:30-da "Birleşen Yollar", noyabrın 25-də saat 15:00-da "Birleşen Yollar", 19-30-da rejissor Ahmet Sönmezin "Elveda Katya" və noyabrın 26-da saat 15:00 rejissor Özhan Erenin " Son Mektup" bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nümayişlərə giriş pulsuzdur.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































