Noyabrın 17-dən Nizami Kino Mərkəzində Türkiyənin "Benim adım Feridun" və ABŞ-ın "Fantastik məxluqlar" filmlərinin nümayişi başlanıb.
AF Mediya–Azərbaycan şirkətinin təqdim etdiyi "Benim adım Feridun" filmini rejissor Çağan Irmak komediya janrında çəkib. Yaş həddi: 14+
Filmin qəhrəmanı Ersan uzun illər münasibətlərdə olduğu sevgilisinə artıq əvvəlki kimi qayğı və diqqət göstərmir. Gözlənilmədən sevgilisi Aylin tərəfindən tərk edilən Ersan şok vəziyyətinə düşür. Bir-neçə həftə sevgilisini geri qaytarmağa çalışsa da, əli boşa çıxır. Ayrılığı artıq qəbul edən Ersan toparlanmaq üçün uzun zamandan bəri ayrıldığı, uşaqlığı keçən yerlərə qayıdır və burada baş verəcək hadisələrlə üz-üzə qalır...
Filmdə rolları Halil Sezai Paracıkoğlu, Büşra Pekin, Tarık Pabuçcuoğlu, Suzan Aksoy, Güngör Bayrak, Kadriye Kenter, Defne Yalnız və Özge Borak ifa ediblər.
Böyük Britaniya və ABŞ istehsalı 3 d formatda çəkilmiş "Fantastik məxluqlar" filmini C. K. Roulinqin ssenarisi əsasında rejissor Devid Yeyts fentezi və məcara janrında çəkib. Yaş həddi: 12 +
Film sehirbazların Nyu-Yorkdakı məxfi cəmiyyətlərinə düşmüş yazıçı Nyut Skamanderin məcaralarından bəhs edir...
Baş rollarda Eddi Redmeyn, Conni Depp, Cemma Çan, Ezra Miller, Ketrin Uoterston, Kolin Farrell, Zoi Kravits, Ron Perlman, Samanta Morton, Con Voyt çəkiliblər.
Hazırldı: Könül AYPARA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































